Menopauza siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir?

Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yeni bir dövrdür. Bu mərhələdə hormon səviyyələri düşür və sinir hüceyrələri azalan siqnallara fərqli reaksiya verməyə başlayır. Mütəxəssislər bildirir ki, beyin düzgün həyat tərzi ilə yenidən proqramlana bilər.

Menopauza siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir?
Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yeni bir dövrdür. Bu mərhələdə hormon səviyyələri düşür və sinir hüceyrələri azalan siqnallara fərqli reaksiya verməyə başlayır. Mütəxəssislər bildirir ki, beyin düzgün həyat tərzi ilə yenidən proqramlana bilər.

Nevroloq Prof. Dr. Derya Uludüz xəbərdarlıq edir: "Hormon tarazlığı, qidalanma, stress idarəsi və aktiv həyat bir yerdə tətbiq olunarsa, beynin qocalma prosesi yavaşladılır."

Estrogen azalanda - yaddaş və diqqət zəifləyir

Estrogen yalnız qadınlıq hormonu deyil, beyində sinir hüceyrələri arasında əlaqəni gücləndirən əsas tənzimləyicidir. Bu hormon yaddaşı, diqqəti və öyrənmə prosesini aktiv saxlayır, serotonin və dopamin istehsalını dəstəkləyir.

Menopauzda estrogen azaldıqda:

Nə etməli?  Həftədə ən az 5 dəfə açıq havada yüngül idman  Kətan toxumu, nar, soya kimi bitki mənşəli estrogen mənbələri Sarıkök, zəncəfil, rozmarin - beyin damarlarını qoruyur

Estrogen azalanda serotonin də aşağı düşür, nəticədə:

Nə etməli?  Səhər 20 dəqiqə günəş vannası  Yumurta, yulaf, banan, qoz - serotonin istehsalını artırır  Sakit tempdə gəzinti və nəfəs məşqləri - dopamin üçün təbii dəstək

Progesteron beynin təbii sakitləşdiricisidir. Azaldıqda:

Yuxuya getmək çətinləşir Gecələr tez oyanma baş verir Stress hormonu kortizol yüksəlir Beyin gecə toksinləri təmizləyə bilmir - demans riski artır

Nə etməli?  Hər gün eyni saatda yatmaq  Yatmazdan əvvəl melisa, lavanda və ya çobanyastığı çayı  4-7-8 nəfəs texnikası ilə stressin azaldılması  Şəkər, ağ un və kafeini azaltmaq

Testosteron yalnız kişilərə aid deyil - qadın beyninin enerji mənbəyidir. Azaldıqdaenerji azalır, qərarsızlıq, halsızlıq və motivasiya itkisi olur.

Nə etməli?  Həftədə bir neçə dəfə yüngül ağırlıq məşqləri  Proteinli və sinklə zəngin qidalar: ət, balıq, yumurta, badam, mərci, avokado, fıstıq  Kiçik, real məqsədlər qoymaq - beynin motivasiya mərkəzini aktivləşdirir

Menopauzdan sonra beyin "enerji qənaəti" rejiminə keçir, diqqət və öyrənmə yavaşlayır. Bu, tez-tez yaşanan zehni yorğunluq və bulanıqlığın əsas səbəbidir.