meqale.com 15 yaşında!
Bu gün meqale.com-ın 15 yaşı tamam olur.
Qısa müddət ərzində meqale.com Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.
Bu müddət ərzində meqale.com böyüyüb, daha funksional olub, böyük auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. meqale.com kollektivi istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.
İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş meqale.com-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım meqale.com İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. meqale.com İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsidir.
Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək 15 il ərzində meqale.com bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
Fəaliyyətimiz baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.
Bu gün meqale.com İnternet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.
Bəhs etdiyimiz uğurları siz, dəyərli oxucularımız, olmadan təsəvvür etmək olmaz. Bunun üçün bütün oxucularımıza təşəkkür edirik!
Bizimlə qalın!