Məşhur idmançı qətlə yetirildi

İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi qətlə yetirilib.

Məşhur idmançı qətlə yetirildi
İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi qətlə yetirilib.

meqale.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Boks Şurası məlumat yayıb.

Bildirilib ki, İ.Qulməhəmmədi Tehranın Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində öldürülüb. Ona 5 bıçaq zərbəsi endirilib, eyni zamanda 11 dəfə atəş açılıb.

Məlumata görə, idmançıya 2 nəfər hücum edib. Onların kimliyi hələ müəyyən olunmayıb.

Faktla bağlı cinayət işi açılıb.