Məşhur reper ağır qəzaya düşdü - FOTO

Məşhur amerikalı reper Lil Pump (əsl adı Qazzi Qarsia) avtomobil qəzasına düşüb.

Məşhur reper ağır qəzaya düşdü - FOTO
Məşhur amerikalı reper Lil Pump (əsl adı Qazzi Qarsia) avtomobil qəzasına düşüb.

meqale.com xəbər verir ki, 24 yaşlı ifaçı maşın aşdıqdan sonra pəncərəni sındıraraq sağ çıxıb.

Reper Instagram-da bildirib ki, qəza ad günündən bir neçə gün əvvəl baş verib və ölümdən bir addım uzaqda olub:

"Tanrı var! Sağlamlıq sərvətdir. Pəncərəni sındırmasaydım, indi sağ olmazdım" .

Hadisədən sonra Lil Pump ad günü planlarını dəyişərək kilsəyə gedəcəyini açıqlayıb.