Meyitdən 19 yaşlı gəncə ürək transplantasiya edildi - Azərbaycanda ilk
Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib.
                        meqale.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub:
"Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib.