Millimizin hücumçusu azı 9 aylıq sıradan çıxıb

Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak əməliyyat olunacaq.

Millimizin hücumçusu azı 9 aylıq sıradan çıxıb
Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak əməliyyat olunacaq.

İdman.biz-ə verilən məlumata görə, Türkiyə Superliqasının X turunda "Fənərbaxça" ilə matçda xəsarət alan "Qalatasaray"lının diz bağları qopub.

O, bu səbəbdən Millətlər Liqasında Kiprlə yığmamızın heyətində də yer almayıb. Parlak gələn həftə əməliyyat ediləcək.

Hüumçunun ən azı 9 ay meydanlardan kənar qalacağı bildirilir.

Qeyd edək ki, Parlak Manə Mollayeva ilə birlikdə milli komandamızın Millətlər Liqasında ən çox qol (2) vuran oyunçusudur.