Millimizin oyunlarının hakimləri açıqlandı
FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FİFA series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək oyunlara hakim təyinatları bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Azərbaycan millisinin Monqolustanla görüşünü türkiyəli hakimlər idarə edəcəklər. Bolqarıstanla matça isə Estoniya təmsilçiləri təyinat alıblar.
Bakıda keçiriləcək digər iki görüşdə Azərbaycan hakimləri ədaləti qoruyacaqlar. Bu matçlarda Əliyar Ağayevlə Elçin Məsiyev baş hakim olacaq.
22 mart Tanzaniya - Bolqarıstan Baş hakim: Əliyar Ağayev Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli Dördüncü hakim: Rauf Cabbarov "Liv Bona Dea Arena". Saat 17:00 Azərbaycan - Monqolustan Baş hakim: Zorbay Küçük (Türkiyə) Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (Türkiyə) Dördüncü hakim: Fəridə Lütfəliyeva Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00 25 mart Tanzaniya - Monqolustan Baş hakim: Elçin Məsiyev Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov Dördüncü hakim: Rəşad Əhmədov "Liv Bona Dea Arena". Saat 17:00 25 mart Azərbaycan - Bolqarıstan Baş hakim: Kristo Tohver (Estoniya) Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya) Dördüncü hakim: İnqilab Məmmədov Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00