Mirzoyan: Bəzi məsələlərdə Ermənistanla Azərbaycanın mövqeləri yaxınlaşıb
Ermənistanla Azərbaycanın bəzi məsələlərdə mövqeləri yaxınlaşıb.
                        meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı konsensusa yaxındırlar.
Erməni nazir qeyd edib ki, hər iki ölkə 1991-ci il sərhədlərinin delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı razılaşmaya yaxındırlar.