Mirzoyan Hakan Fidanla görüşündən danışdı - Təəssüf ki...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə xarici işlər naziri Hakan Fidanla Antalyada təşkil olunan III Diplomatiya Forumu çərçivəsində görüşü zamanı müzakirə olunan məsələləri açıqlayıb.
meqale.com APA-ya istinadən bildirir ki, erməni nazir ölkə parlamentinin xarici əlaqələr komitəsinin iclasında çıxışı zamanı bununla bağlı danışıb.
Mirzoyan qeyd edib ki, görüş zamanı ölkəsinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin qismən açılmasına dair razılaşmaya sadiqliyini təsdiqləyib. O həmçinin qeyd edib ki, Türkiyə ilə sərhəddə yerləşən Ani körpüsünün birgə təmiri barədə də razılıq əldə olunub: "Hazırda körpünün Ani yaxınlığındakı hissəsi ilə bağlı konkret protokollar mübadiləsi aparılır. Təəssüf ki, daha bir razılaşma - sərhədin qismən açılması hələ də həyata keçirilməyib".