Mişel indidən Putini “təbrik” etdi

AB Şurasının sədri Şarl Mişel Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlı istehzalı status paylaşıb.

Mişel indidən Putini “təbrik” etdi
AB Şurasının sədri Şarl Mişel Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlı istehzalı status paylaşıb.

meqale.com axar.az-a istinadən bildirir ki,  o, bu barədə X sosial şəbəkə hesabında yazıb.

"Vladimir Putini bu gün başlayacaq seçkidəki qələbəsi münasibətilə təbrik etmək istərdim. Heç bir müxalifət yoxdur. Heç bir azadlıq yoxdur. Heç bir seçim yoxdur", - o bildirib.