Mobil telefon işığında 9-cu uşağını DOĞDU - FOTO
Zakarpatya vilayətində 34 yaşlı qadın 9-cu övladını ekstremal şəkildə dünyaya gətirib.
meqale.com-ın xarici mediaya istinadla xəbərinə görə, həkimlər körpəni elektrik enerjisi kəsilmiş vəziyyətdə dünyaya gətirməli olublar.
Həkimlərin sözlərinə görə, onlara martın 18-nə keçən gecə Bereqovo rayonunun Velikiye Bereqa kəndində doğum üçün zəng gəlib. Dərhal hadisə yerinə həkim briqadası göndərilib. Onlar hadisə yerinə gələndə vəziyyətin kritik olduğunu anlayıblar. Ana doqquzuncu övladını dünyaya gətirib, evdə işıq olmayıb. Doğuş mobil telefonların işığı altında aparılmalı olub.
Xoşbəxtlikdən ailənin sağlam oğlan övladı dünyaya gəlib.