Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı
Moskva birjası (MOEX) bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını açıqlayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Moskva birjasının ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsi olub.
"İyunun 13-dən başlayaraq valyuta və qiymətli metallar bazarında ABŞ dolları və avro valyuta cütləri istisna olmaqla, ticarət bütün alətlər üzrə aparılır", - deyə birjanın yaydığı məlumatda qeyd olunub.
Bununla belə, Rusiya Mərkəzi Bankı ölkə banklarında valyuta satışının əvvəlki qaydada həyata keçiriləcəyini bildirib.
Analoji məhdudiyyətlər fond və maliyyə bazarlarına da şamil ediləcək.