Mübariz Mənsimov əməliyyat olundu
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbul xəstəxanalarının birində cərrahiyyə əməliyyatı keçirib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə holdinqin sözçüsü Fidan Quliyeva Feysbuk hesabında paylaşım edib.
"Palmali Holdinq"in baş direktoru Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib. Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadı", - paylaşımda bildirilib.
Fidan Quliyeva M.Mənsimovun açıqlamasını da paylaşaraq, həkimlərin lazımi bütün tədbirləri gördüyünü qeyd edib.