Müəllim 1-ci sinif şagirdlərini təhqir etdi, töhmət aldı - VİDEO
317 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 23 noyabr 2023-cü il tarixində məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib. Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub.
Bu barədə meqale.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib.