Nadir “Ferrari”nin qiyməti təəccübləndirdi - FOTOlar

1958-ci ildə istehsal olunmuş nadir "Ferrari 250 GT Pinin Farina Series I" mayın 10-11-də Monakoda "RM Sotheby's" auksionunda satışa çıxarılacaq.

Nadir “Ferrari”nin qiyməti təəccübləndirdi - FOTOlar
1958-ci ildə istehsal olunmuş nadir "Ferrari 250 GT Pinin Farina Series I" mayın 10-11-də Monakoda "RM Sotheby's" auksionunda satışa çıxarılacaq.

meqale.com oxuya istinadən bildirir ki, bu kabrioletlərdən cəmi 40 ədəd istehsal edilib və satışa çıxarılan avtomobil 23-cüdür. Lotun gözlənilən dəyəri 4,5-5 milyon avro təşkil edir.

İlk analoji avtomobil 1957-ci ildə Cenevrə avtosalonunda təqdim edilib. Bu, "Ferrari"nin ilk seriya kabriolet modeli olub.

Maraqlıdır ki, bu avtomobil ilk dəfə deyil ki, "RM Sotheby's"də hərraca çıxarılır. 2021-ci ilin noyabrında Pol Rikar (Fransa) avtodromunda keçirilən hərracda eyni nümunə 4,4 milyon avroya satılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun