Namiq Məna oğlunun xəstəxanaya yerləşdirilməsindən danışdı - YENİLƏNİB

14:04 "Oğlum bir neçə gün əvvəl burnundan əməliyyat olunub".

Namiq Məna oğlunun xəstəxanaya yerləşdirilməsindən danışdı - YENİLƏNİB
14:04 "Oğlum bir neçə gün əvvəl burnundan əməliyyat olunub".

meqale.com xəbər verir ki, bunu oxuya açıqlamasında meyxanaçı Namiq Məna bildirib.

O qeyd edib ki, artıq oğlu xəstəxanadan evə buraxılıb:

"Burnunda kiçik bir problem var idi, əməliyyat keçirib. Paylaşımında "Növbəti açılan yara, həyat davam etmək istəyir" sözlərini oğlum bədii təsvir kimi verib. Hər şey qaydasındadır. Oğlum artıq evdədir".

--------- 11:48 Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Mənanın ifaçı oğlı Məna Əliyev yenidən xəstəxanaya yerləşdirilib. 

Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirildi - VİDEO 

Sənətçinin səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı Məna ilə əlaqə saxlayıb. 

Zəngimizə isə M.Əliyevin dostu cavab verib.  "Mənaya heç bir şey olmayıb. Hər şey yaxşıdır. O bir neçə gün əvvəl burnundan əməliyyat olunub. Ciddi bir əməliyyat deyil. 2 gündür ki, artıq xəstəxanadan çıxıb və özünü yaxşı hiss edir", - deyə ifaçının dostu bildirib. 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun