“Napoli”nin aparıcı oyunçusu “Qarabağ”la oyunu buraxacaq
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən "Napoli" itki ilə üzləşib.
                        meqale.com xəbər verir ki, Neapol klubunun yarımmüdafiəçisi Kevin De Bruyne sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. De Bruynenin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Kevin noyabrın 6-da "Qarabağ"a qarşı keçiriləcək ÇL oyununu da buraxacaq. (Futbolpress.az)