NATO: Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasını səbirsizliklə gözləyirik

NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

NATO: Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasını səbirsizliklə gözləyirik
NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

meqale.com xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial media hesabındakı paylaşımında bildirib.

Allison Hart Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışladıqlarını qeyd edib.

O müqavilənin imzalanması və ratifikasiya olunmasını səbirsizliklə gözlədiklərini vurğulayıb: "Bu, normallaşma prosesində irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və regional təhlükəsizliyə töhfə verəcək".