NATO Baş katibi Azərbaycanda səfərdədir - FOTO
NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib.
meqale.com report.az-a istinadən bildirir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.