NATO-nun bütün texnikası məhv ediləcək - Antonov
ABŞ Kiyevə növbəti hərbi yardım paketi göndərməklə "son ukraynalıya qədər döyüşmək" konsepsiyasına sadiqlik nümayiş etdirir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz Teleqram kanalında bildirib.
"Əminik ki, Vaşinqton bizi döyüş meydanında məğlub etmək səylərinin mənasızlığını artıq anlayıb. Bununla belə, onlar "kukla rejimini" uçuruma doğru itələyir və minlərlə sadə ukraynalını ölümə məhkum edirlər", - o vurğulayıb.
Səfir ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq yeni silah tədarükünün mövcud vəziyyəti dəyişə bilməyəcəyini deyib.
Onun sözlərinə görə, Qərb Rusiyanın qələbəsini qəbul etməkdən qorxur, yalnız Ukraynanın saxta zəfərini tirajlayır: