Naxçıvan-Şahbuz yolunda ağır qəza - ölən və yaralananlar var - FOTO

Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınlardan biri ölüb.

Naxçıvan-Şahbuz yolunda ağır qəza - ölən və yaralananlar var - FOTO
Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınlardan biri ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün magistral yolun Babək rayonu Uzunoba kəndi ərazisində keçən hissəsində baş verən qəzada xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı xəstəxanada vəfat edib.

Qəza zamanı xəsarət alan digər iki qadının isə xəstəxananın travmatologiya şöbəsində müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.

-------- 18:38

Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.