Nazir Agentliyin sədrinə yeni müavin təyin etdi
Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yeni təyinat olub.
meqale.com qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir Anar Əliyevin müaviq əmri ilə Samir Şixiyev qurumun İdarə Heyəti sədrinin müavini təyin edilib.
Qeyd edək ki, Samir Şixiyev bu təyinatadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışırdı.
Samir Şixiyev 2004-2025 ci illərdə Akademik Mirqasimov adına Resbuplika Klinik Xəstəxanasında cərrah işləyib. O, 2016-cı il Aprel döyüşlərində həkim kimi iştirak edib.