Nizami Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edildi
Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov vəzifəsindən azad edilib.
meqale.com xəbər verir ki, bu barədə oxuya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) 4 dekabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad olunub.