“Bolt” biznes taksiləri bloklayır – Aeroporta 50 manatlıq “Tesla” oyunu nədir? - ŞİKAYƏT

"Bolt" şirkəti tərəfindən Bakıda bəzi ərazilər biznes taksilər üçün bloklanıb.

“Bolt” biznes taksiləri bloklayır – Aeroporta 50 manatlıq “Tesla” oyunu nədir? - ŞİKAYƏT
"Bolt" şirkəti tərəfindən Bakıda bəzi ərazilər biznes taksilər üçün bloklanıb.

meqale.com-a müraciət edən şəxs bildirib ki, Bakının mərkəzi hissələrində biznes taksilərdən istifadə etmək mümkün deyil.

Məsələn, Alov qüllələrin qarşısından hava limanına taksi sifarişi etdikdə sadəcə "Tesla Premium" təqdim olunur. Hansı ki, gediş haqqı 48 manat nəzərdə tutulub.

Təxminən 1 kilometr aşağıda, İçərişəhər metrosunun yanından eyni istiqaməti seçdikdə bu dəfə biznes taksilər təqdim olunur və qiymət 19 manatdır.

Vəziyyətdən narazılığını bildirən sürücülər meqale.com-a açıqlamasında  qeyd edib ki, "Fomo" klubun qarşısında da eyni hal yaşanır.

Sürücünün iddiasına görə hansısa sahibkar gətirdiyi "Tesla" avtomobilləri ilə "Bolt"da inhisarçılıq yaradıb. O düşünür ki, bir müddət sonra digər mühüm ərazilər də biznes sürücüləri üçün "bloklanacaq".

"Hazırda mənim avtomobilin bazar dəyəri, həmin "Tesla"lardan daha çoxdur, amma niyə görəsə "Bolt" şirkəti məni kimi sürüclərə imkan vermir. Əvəzində isə rəqabəti pozaraq "Tesla"lalara şərait yaradılır. 

Qeyd edək ki,  "Tesla" marakı avtomobillərin Bakıda orta bazar qiyməti 28-30 min manatdır.