Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil oldu - VİDEO
Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən - Afrin, Ras əl-Ayn və Hələbin şimalından Suriyaya daxil olub.
meqale.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, hərbçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti SDQ-nin (Suriya Demokratik Qüvvələri) nəzarətində olan Deyr əz-Zora artilleriya və PUA ilə dəstəklənən əlavə qüvvələr göndərib.
Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir.
Qeyd edilir ki, bu hadisələr Baş Qərargah rəisi, general Selçuk Bayraktaroğlunun 5-6 dekabr tarixlərində Dəməşqə rəsmi səfərindən dərhal sonra baş verib. Bayraktaroğlunun təmasları Türkiyə ilə Suriya arasındakı təhlükəsizlik xətti ilə bağlı yeni bir prosesin başlanğıcı kimi qəbul edilmişdi. Bölgədən gələn məlumatlar da göstərir ki, TSQ səfərdən sonra Suriyaya üç fərqli istiqamətdən qüvvələr göndərib.