Netanyahu İsraildəki etiraz dalğasından narahatdır

İsrailin baş naziri Benyamin Netanyahu ölkədə baş verən kütləvi etirazlardan narahatdır.

Netanyahu İsraildəki etiraz dalğasından narahatdır
İsrailin baş naziri Benyamin Netanyahu ölkədə baş verən kütləvi etirazlardan narahatdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "CNN" televiziya kanalına İsrail rəsmisi deyib.

Məlumata əsasən, Qəzza zolağında altı nəfərin cəsədi tapıldıqdan sonra yüz minlərlə insan Təl-Əviv və Qüds küçələrinə çıxaraq girovların azad edilməsi üçün HƏMAS-la razılığın əldə olunmasını tələb edib.

Ümumilikdə ölkədə keçirilən etiraz aksiyalarında 700 minə yaxın insan iştirak edib.