Netanyahu ona gümüş peycer hədiyyə etdi
İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdə ABŞ senatoru Con Fettermanı (Pensilvaniya ştatından demokrat) qəbul edib.
meqale.com xəbər verir ki, bu barədə hökumət başçısının Dəftərxanası məlumat yayıb.
"Səmimi və mehriban şəraitdə keçən görüşdə Baş nazir və xanımı senator Fetterman və həyat yoldaşına müharibənin əvvəlindən İsrail dövlətinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür ediblər. Baş nazir Netanyahu senator Fettermana Livandakı döyüşlərin gedişatını dəyişdirən əməliyyatı simvolizə edən gümüş peycer hədiyyə edib", - məlumatda deyilir.