Netanyahunun da helikopteri xarab oldu
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki Herzl dağı xatirə kompleksində keçirilən Efiopiya yəhudilərinin anım mərasiminə vaxtında çata bilməyib. Səbəb isə hökumət başçısının helikopterinin xarab olmasıdır.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə dövlət mərasiminin aparıcısı hökumət başçısının ofisinə istinadla elan edib.
Bildirilib ki, texniki nasazlıq səbəbindən Netanyahu ehtiyat helikopterdən istifadə etmək məcburiyyətində qalıb.