Nigeriyada dəhşətli hadisə: 30 nəfər yerin altında qaldı

Nigeriyanın mərkəzində mədənin çökməsi nəticəsində ən azı 30 mədənçi yerin altında qalıb.

Nigeriyada dəhşətli hadisə: 30 nəfər yerin altında qaldı
Nigeriyanın mərkəzində mədənin çökməsi nəticəsində ən azı 30 mədənçi yerin altında qalıb.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Hadisə Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib.

Fövqəladə Hallar İdarəsinin sözçüsü İbrahim Hüseyni bildirib ki, altı mədənçi ağır yaralanaraq təxliyə edilib. Qalan mədənçilər dağıntılar altında qalıb. Ekskavatorların köməyi ilə xilasetmə işləri davam edir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun