Nokautla məğlub olan boksçu üzr istədi
Kamerunlu döyüşçü Frensis Nqannou britaniyalı boksçu Entoni Coşuaya nokautla məğlub olub.
meqale.com lente istinadən bildirir ki, bundan sonra o, sosial şəbəkədəki səhifəsində pərəstişkarlarına müraciət edərək onlardan üzr istəyib.
"Bağışlayın uşaqlar, hamınızı məyus etdim. Bu gün rinqdə pis çıxış etdim, amma sabah yenisi olacaq. Sevgi və dəstəyə görə hər kəsə təşəkkür edirəm", - Nqannou yazıb.
Döyüşün ikinci raundunda Coşua rəqibini nokautla məğlub edib. Bundan əvvəl Nqannou iki dəfə yıxılıb.