Növbəti qanunsuz kömür quyusu aşkarlandı

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Xanagah kənd sakini Rəcəb Quliyev olduğu müəyyən edilib.