Novruzda bu istiqamət üzrə xəttə əlavə 10 qatar reysi təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.
meqale.com xəbər verir ki, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.