“Olimpiakos”un ilk Avropa titulu
Bu gün avrokubokların növbəti final oyunu keçirilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Konfrans Liqasında mövsümün qalibi bəlli olub.
Avropanın üçüncü dərəcəli klub turnirinin həlledici matçı Afinada baş tutub. "Olimpiakos" əlavə vaxtda "Fiorentina"ya qalib gəlib. Yunan klubuna tarixdə ilk Avropa titulunu qazandıran qolu El Kaabi vurub. Turnirin bombardiri olam mərakeşli forvard 11-ci qolunu vurub.
"Fiorentina" ardıcıl 2-ci dəfə Konfrans Liqasının finalında uduzub.
Qeyd edək ki, 3-cü dəfə təşkil olunan turnirin kubokunu əvvəlki illərdə "Roma" (2021/22) və "Vest Hem" (2022/23) qazanıb.
Konfrans Liqası Final 29 may 23:00. "Olimpiakos" - "Fiorentina" - 1:0 Qol: El Kaabi, 116 Baş hakim: Artur Diaş (Portuqaliya) Afina. OPAP Arena