Oljas Bektenov Qazaxıstanın Baş naziri oldu - YENİLƏNİB
13:31 Qazaxıstanın yeni hökumətinə prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov başçılıq edəcək.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Bu gün hakim Amanat partiyası onun namizədliyini prezident Kasım-Jomart Tokayevə təqdim edib.
Dövlət başçısı Bektenovun namizədliyini parlamentin digər partiya fraksiyaları ilə müzakirə edib.
Plenar iclasdan sonra Prezident bununla bağlı sərəncam imzalayıb.
Bektenovun namizədliyinin lehinə 69 deputat səs verib, 7 deputat bitərəf qalıb.
------ 12:01 Qazaxıstanın hakim "Amanat" partiyası hökumətin başçısı vəzifəsinə Oljas Bektenovun namizədliyini irəli sürüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin aparatı məlumat yayıb.
Qeyd olunub ki, Qazaxıstan Parlament Məclisinin sədri, "Amanat" partiyasının rəhbəri Erlan Koşanov dövlət başçısına yeni namizədlə bağlı rəsmi müraciət edib. Mövcud qanunvericiliyə görə, Kasım-Jomart Tokayev onun təklifini bu gün parlamentin plenar iclasında fraksiyaların sədrləri ilə müzakirə edəcək.