Ölkədə qızılca ilə bağlı vəziyyət necədir? - Səhiyyə naziri AÇIQLADI

Ölkənin səhiyyə müəssisələrində qızılca ilə bağlı tədbirlər həyata keçirilir. Vətəndaşların müraciətləri qeydə alınsa da, xəstə sayı ilə bağlı vəziyyət stabildir. Gərginliyə səbəb olacaq hal müşahidə olunmur.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Xəstəxanalara, poliklinikara qızılca ilə bağlı müraciətlər var. Həm stasionarda, həm də evdə müalicə alan xəstələrə ciddi nəzarət olunur ki, ağırlaşma, fəsad və ölüm hallarına rast gəlinməsin. Hazırda ölkədə epidemioloji durum stabildir", - deyə V.Qurbanov bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.