Onlar 7-ci dəfə deputat olacaqlar…

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin "Exit poll" nəticələri açıqlanıb.

Onlar 7-ci dəfə deputat olacaqlar…
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin "Exit poll" nəticələri açıqlanıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu nəticələrin rəsmi rəqəmlərdən ciddi fərqlənməyəcəyi ehtimal olunur.

"Exit poll" nəticələrinə əsasən, 4 nəfərin 7-ci dəfə parlament üzvü olacağı gözlənilir.

Bunlardan biri 78 yaşlı Mixail Zabelindir. 34 saylı Xətai İkinci seçki dairəsindən seçildiyi ehtimal olunan Zabelinin 1995-ci ildən mandatı var.

66 yaşlı İmamverdi İsmayılov da 7-ci dəfə deputat mandatı almağa çox yaxındır. O, "Exit poll" nəticələrinə görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin lideridir.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş 79 saylı Eldar İbrahimovun da seçilmək şansı yüksək qiymətləndirilir. O, seçiləcəyi təqdirdə parlamentin ən qocaman deputatlarından olacaq.