Onlara kompensasiya veriləcək
Şirvan Suvarma Kanalının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonu üzrə tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya veriləcək.
meqale.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.
Qeyd edilib ki, həmin torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə işlərinə başlanılıb.
Məlumata görə, xüsusi mülkiyyətdə olan 400, bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsinin, 71.496 ədəd ağacın və 32 ədəd tikilinin qiymətləndirilməsi nəzərdə tutulub.