"OPEC+" neft hasilatını daha da azaldacaq

Səudiyyə Ərəbistanı neft hasilatını gələn il də azaltmaq niyyətindədir.

Səudiyyə Ərəbistanı neft hasilatını gələn il də azaltmaq niyyətindədir.

meqale.com Trend-ə istinadən bildirir ki, "OPEC+" neft qiymətlərinin ucuzlaşması və İsrail-Fələstin müharibəsi fonunda hasilatı daha da azaltmağı nəzərdən keçirir.

Səudiyyə Ərəbistanı hökumətinə yaxın mənbələr ölkənin neft hasilatını gündəlik 1 milyon barrel azaltmaq barədə qərarını, böyük ehtimalla, ən azı yazadək davam etdirəcəyini bildiriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hazırda gündəlik 9 milyon barrel neft hasil edir, ölkənin maksimum neft hasilatı isə gündəlik 12 milyon barreldir.

"OPEC+" ölkələri noyabrın 26-da Vyanada keçiriləcək görüşdə neft hasilatında əlavə ixtisarları müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, "OPEC+" ölkələrinin son görüşü iyunun 3-4-də baş tutub. Daha sonra OPEC+ 2024-cü ildən neft hasilatını azaltmağa qərar verib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun