"Övladlığa uşaq götürə bilərik"
Türkiyəli aktrisa Hazal Kaya açıqlaması ilə gündəmə gəlib.
meqale.com axsam.az-a istinadən bildirir ki, aktrisa Berfu Yenenlerin "3-cü uşağı dünyaya gətirmək istəyirsən" sualına belə cavab verib:
"Yox, arada istəyirəm, amma üçüncünü fiziki olaraq da qaldıra biləcəyimi düşünmürəm. Övladlığa götürə bilərik, qoruyucu ailə ola bilərik. Fizioterapevt artıq bəlli bir çəkinin üzərinə çıxmağıma icazə vermir".