Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə getdi
Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşlər keçirir.