Pep Qvardiola "Mançester Siti"nin işçilərinə pul mükafatı verib

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola komandada çalışanlara pul mükafatı verib.

Pep Qvardiola
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola komandada çalışanlara pul mükafatı verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı klubda işləyən aşpazlara, həkimlərə, mühafizəçilərə və təchizatçıların hər birinə 10 min funt sterlinq ödəyib.

Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edən Qvardiola ötən mövsüm İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayıb.