PFL-dən “İrəvan” qərarı, “Araz Saatlı” pley-offda

Peşəkar Futbol Liqası "İrəvan" klubu ilə bağlı qərarını verib.

PFL-dən “İrəvan” qərarı, “Araz Saatlı” pley-offda
Peşəkar Futbol Liqası "İrəvan" klubu ilə bağlı qərarını verib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

"İrəvan" Futbol Klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib. Bununla yanaşı, klub tərəfindən PFL-ə bu halda hər bir kluba apelyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən də istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.

Bütün bunları nəzərə alan PFL Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər liqası və I Liqa yarışlarının 2023-2024-cü illər mövsümünün Əsasnaməsinin 3-cü (Yarışların təşkili və keçirilmə şərtləri) maddəsinin 10-cu bəndini rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib.

Qərara əsasən, "İrəvan" Lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından kənarlaşdırılıb.