Planetin 59-cu komandası – “QARABAĞ”

Milli çempionatlarda qapı istiqamətində ən çox zərbə endirən klublar bəlli olub.

Planetin 59-cu komandası – “QARABAĞ”
Milli çempionatlarda qapı istiqamətində ən çox zərbə endirən klublar bəlli olub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, CİES-in cədvəlində dünyanın 54 liqasından 900 komanda yer alıb.

Bu siyahıda dünya rekordçusu PSV-dir. "Srvena Zvezda" ikinci, "Reyncers" üçüncü pillədə yer alıb.

1. PSV - 21,84 2. "Srvena Zvezda" - 19,31 3. "Reyncers" - 19,31 3. "Lüdoqorets" - 18,87 5. "Feyenord" - 18,72 6. "Seltik" - 18,66 7. "Bavariya" - 18,21 8. "Liverpul" - 18,07 9. "Qalatasaray" - 17,59 10. "Sidney" - 17,50

Azərbaycan Premyer Liqasının rekordçusu "Qarabağ"dır. Çempionatın lideri siyahıdakı 900 komanda arasında 59-cudur.

Premyer Liqada "Araz-Naxçıvan" ikinci, "Turan Tovuz" üçüncüdür. Ən az zərbə vuran komanda "Zirə"dir. Qəsəbə klubu ümumi siyahıda ən az zərbə endirən 15-ci komandadır.