Polşalılar Rahil Məmmədova ad verdi

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında uğurlu çıxışını davam etdirir.

Polşalılar Rahil Məmmədova ad verdi
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında uğurlu çıxışını davam etdirir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 29 yaşlı müdafiəçi LKS-in heyətində keçirdiyi son matçda da özündən söz etdirib.

O, son çempion "Rakuv"la qarşılaşmada xoş təsir bağışlayıb. Polşa mətbuatı onun oyununu yüksək qiymətləndirib: "Rahil yaxşı oyun keçirdi. O, Polşa çempionu ilə matçda Lodz klubunun müdafiəsinin lideri idi".

Qeyd edək ki, çempionatın autsayderi olan LKS ev oyununda bir xal qazanıb - 1:1.