Premyer Liqa: "Zirə" "Kəpəz"ə qalib gəldi

21:17 Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış oyunda "Zirə" "Kəpəz"ə qalib gəlib.

Premyer Liqa:
21:17 Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış oyunda "Zirə" "Kəpəz"ə qalib gəlib.

meqale.com xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 62-ci dəqiqədə Rafael Utziq açıb. 90+2-ci dəqiqədə Rüstəm Əhmədzadə yekun hesabı müəyyənləşdirib.

"Zirə" hazırda turnir cədvəlində 45 xalla ikincidir. Doqquzuncu pillədə qərarlaşan "Kəpəz"in isə 19 xalı var.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"lə (0:0), "Qarabağ" "Sabah"la (1:1) heç-heçə edib."Turan Tovuz" səfərdə "Şamaxı"nı, "Neftçi" isə "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib.

----------- 09:41 Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış "Zirə" - "Kəpəz" matçı bu gün keçiriləcək.

Trend xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 16:00-da səsləndiriləcək.

"Zirə" hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. Doqquzuncu pillədə qərarlaşan "Kəpəz"in isə 19 xalı var.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

24 fevral

17:00. "Zirə"- "Kəpəz"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev. VAR: Cavid Cəlilov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"lə (0:0), "Qarabağ" "Sabah"la (1:1) heç-heçə edib."Turan Tovuz" səfərdə "Şamaxı"nı, "Neftçi" isə "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib.