Premyer Liqada bu gün 2 oyun var

Azərbaycan Premyer Liqasında 18-ci tur davam edir.

Premyer Liqada bu gün 2 oyun var
Azərbaycan Premyer Liqasında 18-ci tur davam edir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.

Saat 18:00-da isə "Sumqayıt" - "Səbail" görüşü başlayacaq.

Qeyd edək ki, tura ötən gün start verilib. Son 2 görüş isə dekabrın 24-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, 18-ci tur 23 dekabr

16:00. "Turan Tovuz" - "Araz-Naxçıvan" Tovuz şəhər stadionu

18:30. "Sumqayıt" - "Səbail" "Kapital Bank Arena"