Prezidentin dediyi 10 metro stansiyası bu ərazilərdə tikiləcək - Yerlər AÇIQLANDI

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində toxunduğu məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, İlham Əliyev yaxın illərdə yeni 10 metro stansiyasının tikintisinin nəzərdə tutulduğunu qeyd edib.

Prezidentin dediyi 10 metro stansiyası bu ərazilərdə tikiləcək - Yerlər AÇIQLANDI
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində toxunduğu məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, İlham Əliyev yaxın illərdə yeni 10 metro stansiyasının tikintisinin nəzərdə tutulduğunu qeyd edib.

"Bakı Metropoliteni" QSC-dən meqale.com-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır.

Qeyd olunub ki, ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə "B-04" stansyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin "Xocəsən" elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması da nəzərdə tutulub:

Qurumdan verilən məlumata görə, hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir:

"Bununla yanaşı, hazırda əsas təchizat məsələləri , infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur".

Vurğulanıb ki, 2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan "Dərnəgül" elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir:

"Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub".