Professor: “Seçkilər birliyimizin və sabitliyimizin möhkəmlənməsinə töhfə verəcək”

"2024-cü il böyük gözləntilər ilidir, o cümlədən, fevralın 7-də keçiriləcək prezident seçkilərinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Çünki xalqın seçimi Azərbaycanın gələcəyini müəyyən edir".

meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, "Elm çırağı" İctimai Birliyinin sədri, filologiya elmləri doktoru Naidə Məmmədxanova deyib.

Onun sözlərinə görə, xalq tərəfindən seçiləcək prezident beynəlxalq münasibətlərə, geosiyasi idarəçiliyə və iqtisadi artıma görə böyük məsuliyyət daşımış olacaq: "Beynəlxalq strukturların, beynəlxalq hüququn praktiki olaraq işləmədiyi, ikili standartların hökm sürdüyü bu çətin dövrdə, son onilliklərdə aparılan uğurlu siyasət ölkəmizi nüfuzlu səviyyəyə qaldırıb, Azərbaycanı regional liderə çevirib. Bu, təbii ki, asan deyildi". 

O, qarşıdan gələn prezident seçkilərinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunduqdan sonra ilk dəfə keçiriləcəyi üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.