Pulsuz internet dövrü başlayır - Yalnız bu telefonlarla qoşula bilərsiniz
Amerikalı milyarder İlon Maskın "Starlink" layihəsi mobil internet bağlantısında bir inqilaba yol açmağa hazırlaşır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bəzi smartfon sahibləri yaxın gələcəkdə "Starlink"in peyklərinə qoşulub pulsuz internet işlətmək imkanı əldə edəcəklər.
Qurulan yeni sistem istifadəçidən hər hansı əlavə cihazın qoşulmasını tələb etməyəcək. Ağıllı telefonlar avtomatik olaraq peykə qoşulacaq və rabitədə hər hansı kəsinti olmayacaq.
"SpaceX" Starlink internet bağlantısını dəstəkləyəcək telefonların siyahısını dərc edib.
Apple: iPhone 14, iPhone 14 Pro, Pro Max və gələcək nəsildən olan buraxılışlar Google: Pixel 9, Pixel 9 Pro, Pixel 9 Fold, Pixel 9XL Motorola: 2024-cü ildən sonra çıxan bütün modellər Samsung: Galaxy A14, A15, A16, A35, A53, A54 və Z Flip3 və Z Fold 3