Putindən Navalnının ölümünə İLK REAKSİYA: "Heç nə etmək olmaz"
Rusiya Prezidenti Vladimir Putin Aleksey Navalnının koloniyada ölməsinə ilk dəfə münasibət bildirib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə MK məlumat yayıb.
"Azadlıqdan məhrumetmə yerlərində olan insanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Həyat belədir, heç nə etmək olmaz", - Putin qeyd edib.
O, həmçinin ABŞ-da buna bənzər halların olub-olmaması ilə maraqlandığını söyləyib.
"Dəfələrlə olub", - Rusiya lideri vurğulayıb.